Trampa ultimatum verildibackend

Trampa ultimatum verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə “The Global Times” qəzeti məlumat yayıb.

Bildirilib ki, əgər Vaşinqton Tayvana silah satsa, Pekin ABŞ-ı öz tərəfdaşı saymayacaq: “Trampın təxribatlarına cavab olaraq Pekin ABŞ-ın düşmənlərini dəstəkləyəcək və hətta bu qüvvələrə hərbi yardım da edəcək”.

Tramp bundan öncə bəyan etmişdi ki, Vaşinqton “vahid Çin” siyasətinə bağlı olmalı deyil: “Mən “vahid Çin” siyasətini anlayıram, lakin mən anlamıram ki, əgər biz ticarət də daxil olmaqla bütün sahələrdə Çinlə razılığa gələ bilmiriksə, onda niyə bu siyasətə əməl etməliyik?”.

Qeyd edək ki, Ağ Ev indiyə qədər “vahid Çin” siyasətini yürüdüb və Tayvan adasını Çinin bir hissəsi kimi qəbul edib.

İnterpress.az