İcraçı direktor mühakimə olunacaqbackend

İcraçı direktor mühakimə olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Ria Novosti\” yə istinadən xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristin Laqardın səhlənkarığı onu azadlığından edə bilər.
Bu gün xanım Laqard xidməti səhlənkarlıq ittihamı üzrə mühakimə olunacaq.

Amma xanım özünü günahkar saymır: “Fikrimcə, bizim hamımız hərdən səhlənkar oluruq. Mən biliklərim səviyyəsində öz işimi bacardığım qədər yaxşı icra etmişəm“.

K. Laqardın xidməti səhlənkarlıq sübut edilsə , fond rəhbərini 2 ilədək azadlıqdan məhrumetmə və 15 min avroluq cərimə gözləyir.

K. Laqard Bernar Tapi adlı iş adamına təşkilatın büdcəsindən 400 milyon avro vəsait ayırıb. Beynəlxalq təşkilatın İcraçı Şurası K. Laqardın səlahiyyətlərini aşmadığında əmin olduğunu açıqlayıb. Məhkəmə prosesi dekabrın 20-dək davam edəcək.

İnterpress.az