“Uşağı zibil kimi küçəyə atıblar”backend

“Uşağı zibil kimi küçəyə atıblar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəstəxananın həkimi Aygün Qasımova AzNews.az-a açıqlamasında bildirib ki, uşaq xəstəxanaya çox ağır, ölümcül vəziyyətdə gətirilib:

“Soyuducuda donmuş qara ət kimi idi, əl vurmaq olmurdu. Buz kimi, göbəyi, cifti üstündə uşağı zibil kimi küçəyə atıblar. Baxdıq, yaşamaq üçün şansı az idi. Reaksiyalar yox idi. Müayinə zamanı məlum olub ki, onu zibilliyə atanda zərbədən ağ ciyərinin pərdəsi partlayıb. O pərdə çox incədir, partlayanda ciyər yığıla bilmir. Cərrahlar əlindən gələni etdi. Hazırda uşaq süni nəfəs aparatına qoşulub.”

A.Qasımova qeyd edib ki, uşağın üstündə əskidən başqa heç nə yox idi:

“Normal şəkildə evdə doğulan uşaqdır. Çəkisi 3 kq-dır.”

Bakıda, Yasamal rayonu Əlibəy Hüseynzadə küçəsi 49 nömrəli binanın qarşısındakı zibillikdən yeni doğulmuş körpə tapılıb. Körpə aidiyyəti üzrə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib. Daha sonra o, \”Təcili yardım\” maşını ilə Elmi-Tədqiqat Pediatriya İnstitutuna yerləşdirilib.

İnterpress.az