İnterpress.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında “ İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Vüqar Rəhimzadə bu gündən etibarən rəsmi görüşlərin başladığını bildirib.
“ İlk olaraq biz bu gün Ankara şəhərində Heydər Əliyev adına parkda ulu öndərin abidəsini ziyarət etdik. Sonra isə Türkiyənin baş naziri yanında Basın və İnformasiya Genel Müdirliyidə görüş keçirdik. Növbəti görüşümüz üzə TİKA rəhbərliyi ilə olacaq”.
Baş redaktor həmçinin planda başqa görüşlərin də olacağını deyib.
“Digər görüşlər barədə isə məlumat verməkdə çətinlik çəkirəm. Ola bilsin ki, plana bəzi görüşlər də əlavə edilsin. Plana uyğun olaraq görüşlərimiz davam edir. Türkiyə səfəri isə dekabrın 15-də yekunlaşacaq”.
İnterpress.az