Prezidentdən televiziya və radio ilə bağlı sərəncambackend

Prezidentdən televiziya və radio ilə bağlı sərəncam

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Televiziya və radio yayımı haqqında” qanuna aşağıdakı məzmunda 12-1-ci maddə əlavə edilib:

“Maddə 12-1. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar barədə ictimaiyyətə məlumatın verilməsi

12-1.1. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında kütləvi informasiya vasitələri işçilərinin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilir.

12-1.2. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir.

12-1.3. “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına yol verilmir”.

İnterpress.az