İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, NATO Kipr adası ətrafına döyüş gəmiləri göndərib.
Kipr sahillərində NATO hərbi gəmilərini müşayiət edən sualtı gəmilər bir təyyarədaşıyan gəmini batıracaq gücə sahibdir.
Daha əvvəl isə Rusiya Dəməşq rejiminə dəstək üçün yeganə təyyarədaşıyan gəmisi olan “Admiral Kuznetsov” və digər hərbi gəmilərini Aralıq dənizinin şərqindəki Tartus limanına göndərib. Moskvanın bu addımı NATO ölkələri tərəfindən tənqidlə qarşılanıb.
İnterpress.az