Hücumlarla əlaqədar 235 nəfər həbs edilibbackend

Hücumlarla əlaqədar 235 nəfər həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”BBC\”yə istinadən xəbər verir ki, həbs edilənlər arasında dünəndən indiyədək saxlanılmış 118 Xalqların Demokratik Partiyasının (HDP) üzvü də daxildir.
Türkiyənin səhiyyə naziri Recep Akdağ bəyan edib ki, İstanbuldakı bomba hücumlarında 36 nəfəri polis və 8 nəfəri mülki olmaqda, 44 nəfər həyatını itirib.
Hücumlar Dolmabahçe-dəki Vodafone Arena stadionunun yaxınında baş verib.
TAK (Kürdistan Azadlıq Şahinləri) təşkilatı, bazar günü öz saytında hücumlara məsuliyyəti öz üzərinə götürüb.
Şənbə günü gecəsi əvvəlcə bomba qoyulmuş avtomobil partladılıb, daha sonra isə bombalı şəxs özünü partladıb.
Hökümətin sözçüsü Numan Kurtulmuş hücumlarda \”yüz kilolarla partlayıcı\” istifadə edildiyini söyləyib.
Hadisədən sonra 13 nəfər həbs edilib.
Bazar ertəsi Xalqların Demokratik Partiyasının (HDP) Ədirnə həbsxanasında saxlanılan həmsədri Selahattin Demirtaş hücumları \”mərhəmətsiz bir qətliam\” kimi səciyyələndirib və lənətlədiyini söyləyib.
\”İstanbulda şənbə günü axşamı baş vermiş mərhəmətsiz qətliamı lənətləyirəm, qınayıram. Bütün toplumu, xalqımızı şiddət qarşısında, sülh, qardaşlıq, demokratiya və azadlıq duyğuları ətrafında olmağa dəvət edirəm\”, Demirtaş vəkilləri ilə göndərdiyi bəyanatda bildirib.
Ötən gün Türkiyə Parlamentində AKP, CHP və MHP hücumları qınayan birgə bəyanat verib.
Bəyanatda \”Terrorçular ya yox olacaq, ya da ədalətə hesab verəcək. Biz, kədərimizin ortaq olduğunu və hər cür siyasi düşüncə fərqliliyini bir kənara qoyaraq bu dərin kədəri paylaşdığımızı, ürəyimizdə hiss etdiyimizi xüsusilə ifadə edirik\” deyilib.
Bu bəyanatdan sonra HDP-nin Adanadan deputatı Meral Danış Beştaş partiyasının adından bildirib ki, hücumları qınayırlar.
\”Böyük bir kədər duyuruq, yaşanan acıları paylaşırıq. Hücumlarda həyatlarını itirənlərə rəhmət və yaxınlarına başsağlığı, yaralılara şəfa diləyirik.\”
Bazar günü prezident Erdoğan və digər rəsmilər hücumlara görə qisas alınacağını bildirib.

İnterpress.az