Erməni jurnalist “Azərbaycandan rədd olsun” şüarı yanlışdırbackend

Erməni jurnalist “Azərbaycandan rədd olsun” şüarı yanlışdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

Mərkəz rəhbəri əlavə edir ki, onlar gözləmirdilər ki, Dağlıq Qarabağın Azərbaycana bağlı olduğunu deyən həmyerliləri olsun. Ona görə də “erməni jurnalist Azərbaycandan rədd olsun” şüarını yanlış və zərərli hesab edirəm. Həmin erməninin Bakıdan qovulması Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın çörəyinə yağ sürtmək, onun arqumentini gücləndirmək deməkdir: \”Çünki, məhz Köçəryan deyirdi ki, ermənilər azərbaycanlılarla birgə yaşaya bilməz, ortada etnik dözümsüzük var. İndi biz əksini sübut etməliyik, yox əgər erməni jurnalist Azərbaycandan qovularsa, Köçəryanın dediyi təsdiq olunacaq. Bizə bu lazımdır?Mən hakimiyyətin xeyir-duası ilə yaradılan “sülh platformasın”da da qəbahətli heç nə görmürəm. Əgər bu platforma ətrafında Azərbaycanın Dağlıq Qarabağ üzərindəki haqlarını qəbul edən ermənilərin sayı çoxalacaqsa, bunun nəyi pisdir ki? Şəxsən mən Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə inanmıram, işğalçıya təzyiq lazımdır. Ancaq bir əlimizdə silah olmalıdırsa, digər əlimizdə kağız və qələm də olmalıdır ki, erməni cəmiyyətinə müxtəlif ismarıclar göndərək. Bu işdə bizə məhz “sülh platformasında” yer alan ermən fəallar kömək etməli olacaqlar. Onların sayı da getdikcə artır. Yenə də təkrar edirəm, işğalçı ilə savaş yalnız cəbhə bölgəsində getmir, bu həm də bir beyin oyunudur və bu yarışda da düşməndən öndə olmaq məcburiyyətindəyik”.

Gülşanə Mustafayeva
İnterpress.az