İnterpress.az xəbər verir ki, Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, hadisə barədə yerli polisə qızın anası xəbər verib.
Anası bildirib ki, hadisə o evdə olmadığı zaman baş verib.
Onların Orconekidze küçəsində yerləşən mənzilinə soxulan 2 azərbaycanlı qızı naməlum istiqamətə aparıblar. Hadisə zamanı evdə qızın 68 yaşlı nənəsi olub.
Nənə müqavimət göstərsə də, onu vəhşicəsinə döyüblər.
Hazırda polis qızın axtarışıyla məşğuldur.
İnterpress.az