Memarlıq və İnşaat Universitetinin kafedra müdiri vəfat edibbackend

Memarlıq və İnşaat Universitetinin kafedra müdiri vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, AMİU-nun “Tikinti-iqtisad” fakültəsinin “Nəzəri və İnşaat mexanikası”kafedrasının müdiri, texnika elmləri doktoru, professor Knyaz Ələsgər oğlu Əliyev 76 yaşında dünyasını dəyişib.

Qeyd edib ki, K.Əliyev 1940-cı il martın 21-də Qərbi Azərbaycanın (indiki Ermənistanın) Amasiya rayonunda anadan olub. O, 1957-ci ildə Amasiyanın Güllübulaq kənd orta məktəbini qızıl medalla bitirib. Elə həmin il Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti – AzTU) mexanika fakültəsinə daxil olub. K.Əliyev 1969-cu ildə namizədlik dissertasiyasını, 1986-cı ildə isə Leninqrad (indiki Sankt-Peterburq) Politexnik İnstitutunda \”Çoxrabitəli bircins və qarışıq mühitlər üçün elastiklik\” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Professor K.Əliyev 1993-cü ildən Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının \”Mexanika\” bölməsinin sədri, namizədlik (fəlsəfə doktoru) və doktorluq (elmlər doktoru) dissertasiyalarının müdafiəsi üzrə Elmi Şuranın üzvü, Elmi Şuranın nəzdindəki elmi seminarın sədri olub.
O, 2009-cu ildə Amerika Bioqrafiya İnstitutu tərəfindən \”İlin adamı\” diplomu ilə təltif edilib. 2006-cı ildə \”Əməkdar müəllim\” fəxri adına layiq görülüb. (report)

İnterpress.az