İnterpress.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Mirziyoyevə prezident vəsiqəsini təqdim edib.
Ölkə Konstitusiyası və “Quran”a əl basan Ş. Mirziyoyev ölkə qanunları və Konstitusiyaya ciddi riayət edəcəyinə, vətəndaşların hüquq və azadlıqlarını təmin edəcəyinə, vicdanla Özbəkistan prezidenti üzərinə qoyulmuş səlahiyyətləri yerinə yetirəcəyinə söz verib və and içib.
İnterpress.az