Polisə etiraz edən Qarabağ əlili maşınını yandırdı – FOTObackend

Polisə etiraz edən Qarabağ əlili maşınını yandırdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Meydan TV-yə məlumat verən Qarabağ əlilinin sözlərinə görə, ona polis tərəfindən yazılmış cərimə məhkəmə tərəfindən ləğv edilsə də, Yol Patrul Xidmətinin rəisi Ayaz adlı şəxs (soyadını dəqiqləşdirmək mümkün olmayıb) cərimənin ləvğ edilməyəcəyini və məhkəməmin qərarını heçə saydığını söyləyib. Nəticədə bir neçə ay get-gələ salınan vətəndaşın cəriməsi 400 manatdan 600 manata yüksəlib.

Bəxtiyar Bayramov deyir ki, \”VAZ-2109” markalı, \”16BA253” nömrə nişanlı maşından taksi kimi istifadə edirmiş.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məsələni araşdıracaqlarını bildirib: \”Adətən bizə bu cür müraciətlər çox olur. Biz birinci araşdıraq görək həqiqətənmi vətəndaş haqsız yerə cərimələnib, məhkəmənin qərarı varmı və s. Etiraz olaraq avtomobilin yandırmasına bundan sonra fikir bildirmək olar. Mən indi baxıram, vətəndaş həmin avtomobili etibarnamə əsasında istifadə edir. Ancaq şəxsi məlumatları sizinlə bölüşə bilmərik. Bunun üçün şəxsin razılığı olmalıdır. Yalnız rəsmi sorğu əsasında suallarınızı cavablandıra bilərik”.

Qax rayon Polis İdarəsindən məsələyə münasibət bildirmək istəməyiblər.

Polisə etiraz edən Qarabağ əlili maşınını yandırdı - FOTO

Polisə etiraz edən Qarabağ əlili maşınını yandırdı - FOTO

Polisə etiraz edən Qarabağ əlili maşınını yandırdı - FOTO

Polisə etiraz edən Qarabağ əlili maşınını yandırdı - FOTO

Polisə etiraz edən Qarabağ əlili maşınını yandırdı - FOTO

İnterpress.az