İnterpress.az xəbər verir ki, Apa-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1940-cı il təvəllüdlü Qurbanov Məhəmməd Cəlil oğlu Hacıqabul ərazisindən keçən kollektorda balıq tutarkən suya yıxılıb. Nəticədə o, boğularaq ölüb.
Meyit sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az