Rəşid Behbudovun 100 illiyi qeyd olunubbackend

Rəşid Behbudovun 100 illiyi qeyd olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Prezident İlham Əliyevin sənətkarın 100 illiyinin keçirilməsi haqqında imzaladığı müvafiq sərəncama əsasən təşkil olunub.

Əvvəlcə tədbir iştirakçıları sarayın foyesində sənətkarın ömür yolundan və yaradıcılığından bəhs edən fotosərgi ilə tanış olublar.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək mərhum sənətkarın sənətindən və Azərbaycan musiqisinə verdiyi töhfələrdən bəhs edib.
Qeyd edək ki, böyük vokal və musiqi-səhnə ustalığına malik olan Rəşid Behbudovun Azərbaycanda opera sənətinin inkişafında əhəmiyyətli rolu olub. O, milli kinematoqrafiyada dərin izlər buraxıb, \”Arşın mal alan\” kinokomediyasında ifa etdiyi Əsgər roluna görə dünya şöhrəti qazanaraq \”Stalin mükafatı\”na layiq görülüb. R.Behbudov həmçinin \”Bəxtiyar\” filmində, \”1001-ci qastrol\”, \”Doğma xalqımıza\”, \”Toyda görüş\”, \”Abşeron ritmləri\” film-konsertlərində və bir çox sənədli filmlərdə çəkilib.

R.Behbudov SSRİ-də ilk dəfə musiqi və estrada sənətinin balet, pantomima kimi müxtəlif janrları üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını yaradıb. O, 1946-cı ildə SSRİ dövlət mükafatı laureatı, 1959-cu ildə SSRİ xalq artisti, 1978-ci ildə Azərbaycan SSR-in dövlət mükafatı laureatı, 1980-cı ildə sosialist əməyi qəhrəmanı və \”Lenin\” ordeni kimi fəxri ad və titullara layiq görülüb.

İnterpress.az