İntihar edən MTN zabitinin qardaşından – Müraciətbackend

İntihar edən MTN zabitinin qardaşından – Müraciət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, M.Mustafayev “Qafqazinfo”ya da göndərdiyi məktubda 2014-cü ilin 11 setyabrında keçmiş MTN-çilər tərəfindən mənzilinə silah qoyulub qanunsuz olaraq saxlanıldığını bildirib.

Qeyd edib ki, həmin MTN-çilər ondan zorla dövlətdə yüksək vəzifə tutan şəxslər barəsində böhran xarakterli ifadə almaq istəyiblər: “Anti-Terror Mərkəzinin, İstintaq Baş idarəsinin və məhkəmə qərarı olmadan həbsimi həyata keçirən əməliyyatçıların bir çoxu hələ də Dövlət Təhlükəsizlik Xidmətində fəaliyyət göstərirlər. Xahiş edirəm, həmin şəxslərin tutduqları vəzifədən azad olunması və istintaqa cəlb olunması barədə göstəriş verəsiniz”. O, öz müraciətində qanunsuzluq edən və hələ də xüsusi xidmət orqanlarında çalışan şəxslərin siyahısını da yazıb.

Xatırladaq ki, Mətləb Mustafayevə bir neçə gün öncə Ali Məhkəmə tərəfindən bəraət hökmü verilib. Qardaşı Malik Mustafayev onun həbsindən sonra ATM-in sabiq sədri Teymur Quliyevlə görüşüb və səhəri gün özünü asaraq intihar edib.

İnterpress.az