İnterpress.az xəbər verir ki, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı, məsuliyyəti kim daşıyır? Yenə külək ? deyərək Azneft İstehsalat Birliyinin baş direktoru cənab Daşqın İsgəndərova bir neçə sual ünvanlayıb:
“Külək daş budkanı necə apara bilər? Daşdan tikilmiş budka estakadanı uçurub,ya estakada budkanı aparıb? 150 metrlik estakada niyə uçmalıdır?Küləkdən-bu yalan yeriməz! Bəlkə tikdiyiniz, pul sildiyiniz sahələrin keyfiyyətinə nəzər salasınız, Daşqın müəllim!”
Hüquq müdafiəçisi əlavə edir ki, 2014-cü ildə də bu idarədə 3 dəfə qəza olub, nəticədə 5 nəfər həlak olub.
M. Qəhrəmanl daha sonra bildirir ki, bu gün uçan estakada 1970-ci illərdə tikilib və indiyə kimi xırda təmir işlərini istisna etsək, heç bir əsaslı təmir işi aparılmayıb: “Balansda da qəzalı və işlək olmayan estakada kimi göstərilirdi. Estakada uçarkən özünə bitişik işlək meydançanın bir hissəsini də çəkib, hansı ki işçilərin olduğu budka yerləşirdi. Bu işdə tikinti, keyfiyyət yox , birbaşa təhlükəsiz istismar sorğulanmalıdır: Bilmək istərdim, qəzalı estakadaya bitişik hissədə budka qoymaq riskini anlamayan adamlar haqqında hansı ölçü götürüləcək?”
İnterpress.az