Adının qeyd olunmasını istəməyən valideynlərindən birinin İnterpress.az-a verdiyi məlumata görə, məktəbin şəraitində ciddi problemlər var: “Bununla yanaşı, məktəbdə nizam-intizamda yoxdur. Yuxarı sinif şagirdləri yaşca özlərində balaca şagirlərin yanında siqaret çəkirlər. Kobud davranışlar nümayiş etdirirlər. Eyni zamanda, məktəbdə valideynlərdən kserekopiya və digər işlər üçün pul yığılır, amma yığlan pullar problemin həllinə sərf olunmur. Pullar hara gedir bilən yoxdur. Məktəbin direktoru 6 ay bundan əvvəl tutduğu vəzifəsindən azad edilib, yerinə hələ də yeni təyinat olunmayıb. Məktəbdə idarəçilik işləri keçmiş direktor müavini Ayliyə Gəncəliyevaya həvalə olunub. O, isə məktəbdə öz bildiyini edir. Valideynləri məktəbin qapısından içəri buraxmır ki, acınacaqlı vəziyyətin şahidi olmayaq”.
Qeyd edək ki, İnterpress.az məktəbin vəziyyəti ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinə sorğu göndərib.
İnterpress.az məktəbin fotoların təqdim edir.
Gülşanə Mustfayeva
İnterpress.az