5-ci nəsil mobil İnternet, sözdə 5G-nin tətbiqi üçün elan edilən hərracda yalnız Cellfie iştirak edəcək.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Məlumata görə, Comcom hərracın şərtləri ilə bağlı “Magticom” və “Silknet” şirkətlərinin irad və fikirlərini tam nəzərə alıb, lakin onların heç biri hərracda iştirak etməyib. Bu iki şirkətin telekommunikasiya bazarının 70%-dən çoxuna sahib olması əlamətdardır və onlarsız ölkədə yeni texnologiya tətbiq olunacaq.