İnterpress.az xəbər verir ki, bir neçə gündür ki, Mikayıl Müşviqin abidəsinin götürülməsi ilə bağlı sosial şəbəkələrdə və mətbuatda fərqli fikirlər səslənir. Cəmiyyətdə hay-küyə səbəb olan məsələylə bağlı fikir öyrənmək üçün Seyran Səxavət ilə əlaqə saxladıq.
Yüzminlərlə insanın qəbində Mikayıl Müşviqin abidəsi var. Həmin abidəyə dağıtmaq mümkün deyil.
Yazıçı Seyran səxavət bildirdi ki: \”Bu söz-söhbəti mən də eşitmişəm. İnsanlar çox səbirsizdir. Biraz gözləyək, işlər yekunlaşsın və görək nə olur. Hər kəs bilməlidir ki, yüzminlərlə insanın qəbində Mikayıl Müşviqin abidəsi var. Həmin abidəyə dağıtmaq mümkün deyil. O ki, qaldı abidənin götürülməsinə, inanıram ki, ətraf işlər bitəndən sonra heykəl yerinə qoyulacaq. Amma mən də Fazil Mustafa ilə razıyam. O düz deyir, o abidə və o yer ona yaraşmır. Dörd yol ayrıcında, tozun torpağın içində Mikayıl Müşviq yaşaya bilməz. Çünki o ölü deyil, hələ də yaşayır. Orda heç kim yaşaya bilməz. Məsələdən məlumatı olmayanların səs-küy salması da ona bənzəyir ki, bilmirlər qazanda bişən nədir bir çömçə də mən ver deyirlər. İnsanları biraz səbirli olmağa çağırıram. Mikayıl Müşviqin o abidəsini görmüşdüm, o kişinin daha böyük və əzəmətli heykəli olmalıdır. Bu abidəni ordan, həmin o tozun-torpağın altından götürməklə bəlkə onun da ruhunu şad ediblər. Əgər bu addım atılıbsa daha ciddi yanaşılmalıdır məsələyə. Düşünürəm ki, Müşviqin heykəlini onun özünə layiq olan bir yerdə və layiq olan şəkildə ucaldacaqlar. Bunu hətta müzakirəyə çıxarıb gözəl yer də seçmək olar. Fazil Mustafanın Zorge Bağında Müşviqə heykəl qoyulması fikrini də bəyəndim. Ən azı ona görə ki, Zorqe Mikayılın bir sətir şerini də yaza bilməyib və yaza da bilməzdi. Zorqe Müşviqdən daha çox bu xaqla yaxın deyil. Müşviq həm də tale baxımından bu xalqa yaxındı. Mikayıl Müşviq bizim həssas yerimizdir. O öz dəyərini xalqın ürəyində tapıb, amma şəhərdə də yerini tapmalıdır. Bakının ən gözəl yerlərindən birində onun abidəsi ucalmalıdır.\”
İnterpress.az