“Şəfa Broyler”in 11 min manatını mənimsəyən əməkdaş azadlığa çıxdıbackend

“Şəfa Broyler”in 11 min manatını mənimsəyən əməkdaş azadlığa çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Elməddin İbişov barəsində 6 il müddətə cəza verilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib və 2 il sınaq müddəti seçilib. E. İbişov məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Elməddin İbişov \”Şəfa broyler\” toyuq şirkətində satış meneceri çalışıb. O, şirkətinin 11 min manatını mənimsəməkdə təqsirləndirilib. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci(külli miqdarda ziyan vurmaqla, mənimsəmə) maddəsi ilə ittiham verilib.

İnterpress.az