“Bu xəbərlər əsassızdır”backend

“Bu xəbərlər əsassızdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu AzNews.az-a açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova bəyan edib. Onun sözlərinə görə, təmsil etdiyi quruma “Azəravtoyol” ASC-nin ləğv edilərək “Azərbaycan Dəmir Yolları” QSC-ə birləşdirilməsi ilə bağlı hər hansı bir xəbər daxil olmayıb.

Qeyd edək ki, görkəmli şair Mikayıl Müşfiqin heykəlinin “Azəravtoyol” ASC-nin əməkdaşları tərəfindən dağıdılması, Prezident İlham Əliyevin bu məsələdə günahı olanların cəzalandırılması ilə bağlı verdiyi tapşırıqdan sonra bu gün yerli mətbuatda “Azəravtoyol” ASC-nin “Azərbaycan Dəmir Yolları” QSC-nə birləşdiriləcəyi ilə bağlı xəbərlər yayılıb.

İnterpress.az