Nəqliyyatdan istifadə üçün “Bakıkart” dan istifadə edən vətəndaşlar Milli Ön terminallarının xidmətləri ilə bağlı problemlərlə tez-tez üzləşirlər. Bu terminalların xidmətindən narazılığa səbəb olan məsələ isə karta pul yükləyən zaman aparatların qəpik qəbul etməməsi, kağız pulu dəfələrlə geri qaytarması, “BakıKart” kartı almaq istədikdə kartın olmaması, bir əməliyyatı dəfələrlə təkrar etdikdən sonra qəbul edilməsi və digər faktları misal göstərmək olar. Narazılığa səbəb olan diğər məsələ isə bir çox dayanacaqlarda ümumiyyətlə terminal aparatın olmaması və yaxud işlək vəziyyətdə olmamasıdır. İnterpress.az saytı vətəndaşların haqlı narazılığına səbəb olan bu terminallarla bağlı suallara aydınlıq gətirmək üçün “MilliÖn” xidmətinin Müştəri Xidmətləri və İctimaiyyətlə Əlaqələr Bölümünün Rəhbəri Ülviyyə Əfəndiyevaya müraciət etdik . Göstərilən səbəblərə aydınlıq gətirək bildirdi ki: Əgər müştəri həqiqətən də qəpik qəbul edən “MilliÖn” terminalında ödəniş edibsə onun vəsaiti itmir. Texniki səbəbdən, və ya müştərinin səhv ödəniş etməsi səbəbindən, ödəniş həyata keçirilmirsə onda həmin ödəniş ya bizim tərəfimizdən keçirilir və yaxud müştərinin istəyinə əsasən vəsaiti qaytarılır, yaxud istədiyi başqa bir xidmətə keçirilir.
Qəpik ödənişləri isə yalnız ictimai nəqliyyatda istifadə olunan “BakıKart”lara keçirilir. Bəli, bəzən texniki səbəbdən ödənişlər keçməyə bilər. Yuxarıda qeyd etdiyim kimi, belə olduğu halada həmin vəsait müştərinin istəyinə uyğun ödənişlə keçirilir. Ümumiyyətlə “Bakıkart” ödənişləri əhali üçün bir yenilikdir. Bəzən elə olur ki, ödəniş müştəri tərəfindən tam olaraq düzgün keçirilmir. “Bakıkart” terminalında xidmətlərin “MilliÖn”aparatları ilə müqayisədə xidmətin yüksək keyfiyyətlə keçirildiyinin daha çox vurğulandığını bildirdikdə Ülviyyə xanım bunu əsaslandıraraq cavab verdi ki: Bizim terminallarda ödəniş qaydası “Bakıkart” terminalındakı ödənişdən tam fərqlidir. Müştərilər buna alışınca xeyli vaxt aparır və nəticədə ödəniş zamanı səhvlər edirlər. Məsələn, bizim terminallarda pulu terminala saldıqdan sonra mütləq İrəli düyməsi basılmalıdır. İrəli düyməsi basılmadıqda isə ödəniş tamamlanmır. Bəzən elə hallar olur ki, əhali tərəfindən terminaların qəpik götürücüsünə müdaxilə olunur siqaret kötüyü və ya kağız salırlar və nəticədə qəpik ödənişləri zamanı müştərilər çətinliklərlə üzləşir. Eyni hallar Bakubus terminallarında da baş verə bilər. Bizim terminallar sayca “BakuBus” terminallarından üstünlük təşkil edir. Ona görə də problemlərimiz də üstünlük təşkil edə bilər.
İnterpress.az
Aynur Arifqızı