Ermənistanda 1 mart qırğınının ildönümü keçirilir – VİDEObackend

Ermənistanda 1 mart qırğınının ildönümü keçirilir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, parlament əvvəlcə 9 il əvvəl İrəvandakı qarşıdurmada öldürülən şəxslərin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Ölənlərin xatirəsini yad etmək təklifini spiker Qalust Saakyan verib. O, “bilirəm, siz hamınız bunu gözləyirsiniz, ona görə də təklif edirəm ki, 1 mart qurbanlarının xatirəsini yad etməyi təklif edirəm”-deyə, iclası başlayıb.

2008-ci ilin prezident seçkilərindən sonra saxta nəticələrə etiraz edən erməni xalqı 19 fevraldan etibarən küçələrə axışmışdı və davamlı aksiyalar keçirilmişdi. Martın 1-də polislə qarşıdurmada isə 10 nəfər öldürülmüş, 200-ə yaxın nümayişçi isə yaralanmışdı.

Ölkə müxalifəti parlament seçkilərinə bir ay qaldığı dövrdə 1 mart hadisələrinin yenidən araşdırılmasını tələb edirlər. Qan tökməklə hakimiyyəti qəsb edən Serj Sərkisyan isə diqqəti daxildəki məsələlərdən yayındırmaq üçün növbəti dəfə Qarabağ cəbhəsində gərginlik yaratdı. Ancaq buna baxmayaraq, hazırda İrəvan küçələrində 1 mart qurbanlarının xatirəsini anmaq üçün yürüş başlayıb. Gün ərzində işğalçı ölkədə qarşıdurmaların olacağı da istisna edilmir. Bəzi ekspertlərə görə, erməni xalqı və müxalifəti 1 mart qırğınına görə Sərkisyandan hesab tələb edə bilər. Bu gün Ermənistanda “düşmənin bombardmanlarından xilas” panikasının yayılması da çox güman ki, diqqəti Azərbaycandan gələn “təhlükəyə” yönəltməkdir. (musavat.com)

Ermənistanda 1 mart qırğınının ildönümü keçirilir - VİDEO

Ermənistanda 1 mart qırğınının ildönümü keçirilir - VİDEO

Ermənistanda 1 mart qırğınının ildönümü keçirilir - VİDEO

İnterpress.az