İnterpress.az xəbər verir ki, insident 64 kq çəkidə yarışa çıxan idmançı Səbuhi Abışovun atası Yalçın Abışovla rəqibi Bəxtiyar Qazıbəyovun məşqçisi Rasim Məmmədov arasında olub.
Belə ki, Y. Abışov B. Qazıbəyovun yaşının gənclərə uyğun olmadığını, onun kişilər üçün keçirilən çempionatlarda yarışmalı olduğunu deyib. İddia edib ki, B. Qazıbəyov pasportunu saxtalaşdıraraq özünü gənclər arasında keçirilən yarışlarda sınayıb. Əslində, 1995-ci il təvəllüdlü idmançının özünü 1999-cu il təvəllüdlü təqdim etdiyini bildirən Yalçın Abışov Bəxtiyar Qazıbəyovun yarışdan uzaqlaşdırılmalı olduğunu deyib. O hətta \”bu pensionerin gənclərin yarışında nə işi var, ayıb deyil, utanmırsınız?” deyə qışqıraraq etiraz edib.
İnterpress.az