İnterpress.az xəbər verir ki, “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat verib.
O bildirib ki, ağır cinayətdə ittiham etməklə böhtan atmaqda təqsirləndirilən İkram Rafiqoğlu və Rəhman Novruzov barəsindəki hökm bu gün Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə dəyişdirilib:
“Onlara 9 ay islah işləri cəzası təyin edildi. Təyin edilmiş islah işləri cəzası həbsdə qaldıqları 3 ay 14 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəzləşdirərək cəzalarını tam icra etdiklərinə görə məhkəmə zalında həbsdən azad edildilər. Qərardan kassasiya şikayəti verəcəyik”.
İnterpress.az