Botoks effektli maskabackend

Botoks effektli maska

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kakao tozu ilə maska

15 qram keyfiyyətli kakao-tozunu isti südlə qarışdırın. Bu maskanı təmiz üzə çəkib 20 dəqiqə saxlayın və ilıq su ilə yuyun. Bu təbii maska dəriyə parlaqlıq və təravət qazandırır. Dəridə yaranmış çox xırda qırışları aradan qaldırır və elastikliyi bərpa edir.

C vitamini ilə maska

Sıyığa bananın yarısını və bir ampula C vitamini qatın. Maskanın qatı olmaması üçün içinə çox azca qaymaq da əlavə etmək olar. Qidalandırıcı maskanı 20 dəqiqə ərzində üzdə saxlayıb ilıq su ilə yuyun. Belə maska dərinin dərin qatlarındakı hüceyrələrin yenilənməsi prosesini gücləndirir. Dərini inanılmaz dərcədə cavanlaşdırır və nəmləndirici effekt verir.

Arı mumu ilə maska

Botoks effektli maska

1 xörək qaşığı arı mumunu əridib üzərinə 1 çay qaşığı bal ilə 2 xörək qaşığı soğan suyu tökün. Qarışığı üzünüzə çəkib 10 dəqiqə gözləyin və sonra nəm salfet ilə maskanı silin.

Bu maska göz ətrafındakı dəri hüceyrələrinin fəallığını stimullaşdırır. Xüsusi ilə göz ətrafında “qaz ayağı” deyilən qırışların yaranmasına mane olur. Yei gəlmişkən, göz ətrafı dəriyə buz qəlibləri də yaxşı təsir göstərir.

İnterpress.az