AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, “Respublika” partiyasının siyasi şurasının nümayəndəsi Aram Sarkisyan 2008-ci il martın 1-də öldürülən şəxslərin qatillərinin hələ də həbs olunmadığını bildirib: “Atəş açanların kim olduğunu tapmaq çətin deyil. Lakin onlar güllələmə əmrini kimin verdiyini deyəcəklər”.
2008-ci il martın 1-də hakimiyyətlə müxalifət arasındanda baş verən toqquşma zamanı 8 nümayişçi və 2 nəfər daxili qoşunların əməkdaşı öldürülüb. Bu günə qədər insanların qətlinə görə heç kəs məsuliyyət daşımayıb.
İnterpress.az