Müdafiə Nazirliyindən İnterpress.az-a verilən məlumata görə, qeydə alınan videogörüntüdə qərargah qarşısındakı hərbi nəqliyyat vasitələrinin və şəxsi heyətin məhv edilməsinin aydın görünməsinə baxmayaraq erməni tərəfi onlarla itkisinin sayını inadla gizlətməyə çalışır.
Nazirlikdən o da qeyd olunub ki, bütün cəbhə boyu əməliyyat şəraitinə qoşunlarımız tam nəzarət edir.
İnterpress.az