Qusar rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun Qələxur kəndində baş verib. Həmin kənddə yaşayan, 1991-ci il təvəllüdlü Adıgözəlov Natiq Ramanldanoviç özünü yaşadığı evdə asaraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Qusar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.
İnterpress.az