İnterpress.az xəbər verir ki, ötən il prezident seçkiləri dövründə Seşnsin rus səfirlə iki dəfə görüş keçirdiyi barədə xəbər yayılmışdı. Bu məsələ ilə bağlı sualları cavablandıran baş prokuror bildirib ki, onun ruslarla heç bir əlaqəsi olmayıb.
Demokratlar partiyasının Palatadakı nümayəndəsi Nensi Pelosi Ceff Seşnsi yalan danışmaqda ittiham edib və baş prokuroru istefaya getməyə çağırıb. Nensi deyib: \”Baş prokuror istefa verməlidir\”.
Pelosi həm də tələb edib ki, ABŞ prezidenti Donald Trampın ruslarla siyasi, şəxsi və maliyyə əlaqələrinin istintaqı üçün müstəqil, ikipartiyalı komissiya yaradılsın.
Seşnsin istefasını həm də təmsilçilər Palatasının üzcü Ellayca Kamminqs də tələb edib.
İnterpress.az