İnterpress.az xəbər verir ki, \”Kənd bağı\” adlı rəsm əsəri 47.97 milyon funt sterlinqə, yəni 59.3 milyon dollara satılıb.
İmpressionizm və modern üslubunda yaradılmış sənət əsərinin satışı çərşənbə günü baş tutub. Təşkilatçılar bildirib ki, \”Kənd bağı\” rəsm əsəri bu günə qədər hərracda satılmış ən yaxşı rəsm əsərlərindən biri sayılır.
Hərrac evindən bildiriblər ki, bu Qustavın əsəri üçün ödənilən məbləğ Avropada satılan ən bahalı üçüncü rəsm əsəri kimi tarixə düşüb.
Qeyd edək ki, bir gün əvvəl \”Christies\” hərrac evində də rəsm əsərləri satışa çıxarılıb. Pol Qoqenin \”Ev\” rəsm əsəri 25 milyon dollara satılıb.
İnterpress.az