İnterpress.az xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin köməkçisinin sabiq müavini Maykl Karpenter Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının ikitərəfli iqtisadi əlaqələrə və diplomatik münasibətlərin 25 illiyinə həsr olunmuş konfransda bildirib.
ABŞ rəsmisi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsinin vacibliyinə toxunub və belə həll üçün bir sıra elementləri, o cümlədən işğal edilmiş ərazilərin Azərbaycana geri qaytarılması və məcburi köçkünlərin öz doğma yurdlarına dönməsini qeyd edib.
M. Karpenter ABŞ-ın münaqişənin həllinə daha çox siyasi dəstək göstərməli olduğunu fikrinə əlavə edib.
İnterpress.az