İnterpress.az-ın məlumatına görə, İngiltərənin “Daily Mail” qəzeti Hunter Baydenin 2015-ci ildə vəfat edən əmisinin 43 yaşlı arvadı Halliy Baydenlə ər-arvad kimi yaşamağa başladığını ictimailəşdirib.
Bildirilir ki, Co Bayden və həyat yoldaşı oğullarının vəfat edən əmisinin arvadı ilə yaşamasından məlumatlıdır və bu münasibətə qarşı deyillər. O da məlum olub ki, Hunter Bayden 2015-ci ildə, yəni əmisinin xərçəngdən öldüyü ərəfədə arvadından boşanıb. (lent.az)
İnterpress.az