İnterpress.az xəbər verir ki, \”Gənclik Evi\”nin dağıdılmasının 10 illiyi münasibətilə keçirilən aksiyada sol görüşlü gənclər ilə polis arasında münaqişə baş verib.
Evin uçurulmasını unutmadıqlarını bildirən min nəfərlik qrup Kopenhagen küçələrində aksiya keçirib. Bəzi aksiya iştirakçıları bankomatları və mağazaların vitrinlərinə daş atıb. Bankların pəncərələrinə və divarlarına şüarlar yazılıb. Aksiyada 3 banka və bir neçə dükana maddi ziyan dəyib.
Aksiya iştirakçıları arasında olan maskalı şəxslər Jagtvej 69 ünvanına çatanda fişəng, şüşə, dəmir və səki daşları ilə polisə hücum ediblər. Bəziləri isə ərazidə tonqal qalayıb musiqi sədaları altında rəqs etmək istəyib.
Polis və gənclər arasında toqquşma uzun müddət davam edib. Uzun müddətdən sonra polis aksiya iştirakçılarını qovaraq ərazidən çıxarıb.
İnterpress.az