İnterpress.az xarici KİV-ə istinadən xəbər verir ki, polis Ri Çen Çola qarşı ittihamlar irəli sürmək üçün kifayət qədər sübutun olmaması qənaətinə gəlib.
O, miqrasiya qanunvericiliyini pozduğu üçün Şimali Koreyaya deportasiya olunacaq.
Ri Çen Çol üç il ərzində Malayziyada yaşayıb, lakin məlum olub ki, onun iş icazəsinin vaxtı 2017-ci ilin fevralın 6-da bitib.
Bir qədər əvvəl Malayziya təhlükəsizlik səbəbindən Şimali Koreya vətəndaşları üçün ölkəyə vizasız girişi ləğv edib.
Malayziyanın istintaq orqanları bu qətldə Şimali Koreyanın daha yeddi vətəndaşını, o cümlədən bir diplomatını şübhəli bilir.
İnterpress.az