İnterpress.az xəbər verir ki, Pens İndiana qubernatoru olduğu dövrdə şəxsi elektron poçtunu rəsmi yazışmaları üçün istifadə edib.
İlk dəfə \”İndianapolis Star\” qəzeti tərəfindən ortaya atılan iddia Mayk Pensin ofisi tərəfindən bir açıqlama ilə qəbul edilib. Açıqlamaya əsasən, Pens özündən əvvəlki qubernatorlar kimi rəsmi yazışmalarda həm şəxsi, həm də rəsmi elektron poçtdan istifadə edib.
Açıqlamada həm də bildirilir ki, şəxsi elektron ünvanından rəsmi yazışmalar üçün istifadə etmək İndiana qanunlarına uyğundur. Pensin yazışmaları isə ştatın arxivlərində var.
Qəzet isə ötən ilin yay aylarında Pensin elektron ünvanının hakerlər tərəfindən sındırıldığını və rəsmi yazışmaların ələ keçirildiyini iddia edir.
İnterpress.az