İnterpress.az Xarici mətbuata istinadən bildirir ki, Rostov şəhərində çoxuşaqlı ana kimi tanınmış 65 yaşlı Tatyana Sarokina Rusiyanın ən böyük ailəsinin sahibidir. Onun ailəsində 75 uşaq böyüyür, bir müddət əvvəl isə ailəyə bir uşaq da əlavə olub. Balaca Kolya öz kiçik yaşında iki dəfə valideyin xəyanətinin və etibarsızılığının qurbanı olub. Belə ki, onu dünyaya gətirən qadın uşaqdan imtina edəndən sonra övladlığa qəbul edən ailə də ondan imtina edib.
Tatyana Vasilyevna uşaqla tam təsadüfən rastlaşıb. Yeni ilə ərəfəsində qəyyumluq komitəsindən Tatyanaya müraciət olunub və Kolya Yeni İli artıq \”öz ailəsində\” qeyd edib. Əvvəllər onunla ünsiyyətin heç də asan olmadığını etiraf edən çox uşaqlı ana bildirib ki, övladlığa götürüldüyü bir qadın tərəfindən dörd aydan sonra aldığı oyuncağı bəyənmirmiş kimi \”Mən bununla bacarmıram\” deyə onu geri qaytarılıb atılan Kolya sonradan yoluxucu xəstəliyə tutulub, daha sonra isə ruhi xəstəxanaya yerləşdirililib. Uşaq gerçəkdən də problemli imiş, belə ki, hər gün yataqda altını batırır, qışqırıb hay-küy qoparırımış. Kolyanın onun evində keçirtdiyi ilk gecəni xatırlayan Tanya söyləyir ki, yuxuda qışqırıb oyanan uşaq çarpayının altına gizlənməyə çalışırdı. Uşaq görəndə ki, onu cəzalandırmağa yox, sakitləşdirib başa salmağa çalışırlar onda özü qalxıb və sakitləşib. \”Onunla münasibətlərimiz nizamlandı. Mənim hər sözüm ona bir qanundur\”-deyə Tatyana Sarokina qürurla söyləyir. Artıq Kolyanın ilk və əsl dostu da var. Bu Tatyananın iki il əvvəl himayəyə götürdüyü Kostyadır. Kolya bu böyük ailənin bir üzvü hesab olunur. Bundan əlavə 76 uşağ olan bu ailənin 45 nəvəsi və üç nəticəsi var.
Maraqlısı budur ki, bu 76 nəfər uşağın yalnız ikisi Tatyananın doğma övladıdır ki, onların 40-dan çox yaşı var. Ailə ilk dəfə 1975-ci ildə qonşunun \”müvəqqəti olaraq həyatını düzəltmək üçün\” onlarda qoyduğu qızın gəlişi ilə başlayıb və nəticədə Tatyana həmin körpənin anasına çevrilib. 1989-cu ildə Tatyana Sarokinanın ailəsi uşaq evi statusu alıb. Həmin dövrə qədər artıq Tatyana və onun həyat yoldaşı Mixailin himayəsində 13 uşaq vardı.
Sarokinlər ailəsi – \”Qızıl ürək\” və \”İlin Rusiyalısı\” mükafatlarının sahibidirlər. Onlar həm də \”Vətənə xidmətə görə» II dərəcəli ordeni ilə təltif olunublar. 4 il bundan əvvəl Mixailin vəfat etməsinə baxmayaraq Tatiana öz fəaliyyətlərini dayandırmadı və o hələdə yetim uşaqların qayğısına qalır.
İnterpress.az