Həm Qüdrət Hacıyev, həm də Fərhad Fərhadov baş verən soyqırımı hadisələrində erməni xalqının heç bir günahının olmadığını bəyan ediblər.
İnterpress.az barəsində səsləndirilən ittihamlarla bağlı BakıPost.az-a açıqlama verən Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovski regional şöbəsinin sədri Qüdrət Hacıyev bildirib ki, onun fikirlərini başqa yerə yozmaq lazım deyil: \”Mən demişəm ki, Xocalı faciəsini ermənilər tək özləri törətməyiblər. Onların arxasında ruslar da olub. Çünki, Xocalı soyqırımını həyat keçirən ermənilərlə birlikdə rusların 366-cı alayı da olub. Yəni ermənilər ruslarla birləşib Xocalı qətliamını həyata keçiriblər. Mən bu yaşıma qədər həmişə dövlətimə və dövlətçiliyimə sadiq olmuşam. 2016-cı ilə Bakıda keçirilən Dünya Azərbaycanlılarının Qurultayında iştirak eləmişəm. Hər zaman da Azərbaycan və azərbaycançılığa sədaqətlə xidmət eləmişəm.
Ukraynada gördüyümüz və görəcəyimiz işlərin hamısı dövlətimizin var olmasına xidmət eləyib”.
Qüdrət Hacıyev qeyd edib ki, bu vaxta kimi ulu öndər Heydər Əliyevin siyasi kursuna və cənab prezident İlham Əliyevin yürütdüyü xarici siyasəti dəstəkləyib: \”Dövlət başçımızın diaspora təşkilatlarına qayğısı göz önündədir. Heç kim və heç bir qüvvə bizim gördüyümiz işlərə kölgə sala və bizim adımızı ləkələyə bilməz. Mən bunu özümə və təşkilatımıza qarşı təxribat kimi qiymətləndirirəm”.
Sədr onu da əlavə edib ki, onların Fərhad Fərhadov adında Gənclər Təşkilatının sədri yoxdur.
İnterpress.az