ARB TV xəbər verir ki, 26 yaşlı Ramin Yusifov İnşaatçılar metrosunun qarşısında bıçaqlanıb.
Yaralı xəstəxanaya çatdırılıb və dərhal əməliyyat olunub. Xəstəxanadan gəncin həyatı üçün təhlükə olmadığını bildiriblər.
Hadisə barədə 29-cu polis bölməsinə məlumat verilib. Polis əməkdaşları Ramin Yusifovun izahatını alıblar. O, bildirib ki, İnşaatçılar metrosundan çıxan zaman tanımadığı bir şəxs ona yaxınlaşaraq, metro kartının olub-olmamasını soruşub. Yox cavabı aldıqda isə onu bıçaqla vuraraq ərazidən uzaqlaşıb.
Hadisəni törədən şəxsin axtarışları davam edir.
İnterpress.az