İnterpress.az xəbər verir ki, sabiq nazir feysbuk səhifəsində iki gün əvvəl baş verən problemin bu gün tamamilə həll olunduğunu yazıb.
“Bir sıra etik məsələləri nəzərə alaraq, mən həmin xoşagəlməz hadisənin formatı və sonluğunun təfərrüatı barədə ictimaiyyəti məlumatlandırmamağı qərara aldım. Böyük məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Daxili İşlər Nazirliyi tərəfindən bu məsələyə cəlb edilmiş bütün şəxslər qanunun aliliyinə əsaslanaraq mənə qarşı və yaranmış vəziyyətlə əlaqədar olaraq çox yüksək dərəcədə hörmət və konstruktiv yanaşma nümayiş etdiriblər\” – deyə, sabiq nazir yazıb.
İnterpress.az