Ermənistan ölümcül yaralanan hərbçilərin adlarını açıqladıbackend

Ermənistan ölümcül yaralanan hərbçilərin adlarını açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə döyüş postunda baş verən partlayış zamanı yaralanan hərbi qulluqçu Narek Qriqoryanın vəziyyəti çox ağırdır. Perç Qabrielyan və Erik Saakyanın isə durumu ağır qiymətləndilir.

Ermənilər iddia edir ki, hadisə fevralın 28-də döyüş mövqeyində mühəndis işləri aparılarkən baş verib və həqiqi hərbi qulluqçular xəsarət alınblar. Ermənistan Müdafiə Nazirliyinin hospitalına yerləşdirilən hərbçilərlə bağlı əlavə məlumat verilmir.

Ancaq hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, ermənilər Azərbaycan ordusunun cavab zərbəsi endirməsi nəticəsində ölümcül yaralanıblar. Maraqlısı budur ki, Ermənistan “döyüş bölgəsi”ndən bəhs etdiyi halda, hadisənin hansı ünvanda baş verdiyini açıqlamır. Deməli, işğalçı ölkənin itkilərini gizlətdiyi barədə versiyalar özünü doğruldur.

İnterpress.az