ABŞ artıq kürdlərə çox da etibar etmirbackend

ABŞ artıq kürdlərə çox da etibar etmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə politoloq Mübariz Əhmədoğlu Ölkə.Az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Amerika istəyir ki, Suriyaya öz qoşunlarını yeritsin.

“Nəzərə almaq lazımdır ki, ABŞ orada Türkiyəni də dəstəkləyə bilərdi. Türkiyənin tərəfindən olan müxalif qüvvələri də dəstəkləyə bilərdi. Lakin ABŞ görür ki, Türkiyə Rusiya ilə şərik siyasət aparır. Ona görə də, özləri orada müstəqiş qüvvələr yaratmaq istəyirdilər. Lakin ABŞ artıq mövqeyini dəyişib. Amerika indi başa düşüb ki, kürdlərlə Rusiyanın arasında çox sıx əlaqə var. Ona görə də, ABŞ artıq kürdlərə çox da etibar etmir. Ona görə də, Amerika istəyir ki, Suriyaya öz qoşunlarını yeritsin”, – deyə Mübariz Əhmədoğlu bildirib.

Siyasətçinin sözlərinə görə, yaxın vaxtlarda ABŞ Suriya daxilinə öz qoşununu yeridəcək:

“Hadisələrin indiki gedişi Amerikanı qane etmir. Suriyada bu dəqiqə avanqart 3 dövlətdir. Rusiya, Türkiyə və İran Suriyanı terrorçulardan təmizləmə prosesini əllərinə götürüblər. Türkiyə də bəyanat verib ki, İŞİD məhv olan kimi Suriyadan qoşunları tam çıxaracaq. O cümlədən Rusiya və İran da terrorçuların ərazidən təmizlədikdən sonra ordunu Suriyadan çıxaracaqlarını bildiriblər. Əslində onlar ABŞ-a başa salmaq istəyirlər ki, biz Suriyada tənzimlənməni elə qurmuşuq ki, oradan qoşunları çıxarırıq”.

Mübariz Əhmədoğlu Amerika rahatlıqla Suriya sevdasından vaz keçməz:

“ABŞ hökumətində anlayırlar ki, dünyanın ən vacib nöqtəsində nəzarəti itirə bilər. Ona görə də, öz qoşuinları ora yeritməyi düşünür”.

İnterpress.az