İnterpress.az-ın məlumatına görə, NBC kanalında yayımlanan verilişi Trampın əvəzinə aparan Şvartsenegger növbəti mövsümdə verilişdə yer almayacağını bildirib.
O, Trampa görə verilişin reytinqinin düşdüyü üçün belə bir qərar verdiyini deyib:
“Əhalinin yarısı Trampın bu verilişdən pul qazandığını biləndə boykota başladı. Bu şərtlər altında işləyə bilmərəm”.
Qeyd edək ki, Arnold Şvartsenegger daha əvvəl Trampa “Tramp, gəl işlərimizi dəyişək: sən veriliş apar, belə şeyləri yaxşı bacarırsan. Mən də prezident olum, beləcə xalq da gecə rahat yatsın”, – deyib.
İnterpress.az