Meksikada bazarda partlayış — ana və uşaqları öldübackend

Meksikada bazarda partlayış — ana və uşaqları öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ölkənin Tultepek şəhərində güclü partlayış baş verib. Hadisə ötən ilin dekabr ayında güclü partlayış baş verən bazarda qeydə alınıb. Baş vermiş partlayış nəticəsində 3 nəfər həlak olub, 7 nəfər yaralanıb.

Qaz sızması nəticəsində baş vermiş yanğın nəticəsində ana və iki azyaşlı uşaq həlak olub. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən ilin dekabr ayında həmin bazarda baş verən partlayış nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb. Tultepek şəhəri pirotexnika istehsalı üzrə Meksikanın ən iri mərkəzlərindən biridir. Dekabrın 21-də “San-Pablito” fişəng bazarında baş verən yanğın 290 mağazanı külə döndərib. Hadisə zamanı bazarda təqribən 2 min nəfər olub. 20 nəfər hadisə yerində, daha 22 nəfər isə xəstəxanada ölüb.

İnterpress.az