İnterpress.az xəbər verir ki, bu barədə Malayziyanın xarici işlər naziri A.Aman ictimaiyyəti bilgiləndirib. Qeyd edək ki, Şimali Koreya diktatoru Kim Yonq Un-un qətlə yetirilən qardaşının ölümündə Malayziya faktının çox müzakirə edilməsinə aydınlıq gətirmək üçün səfir nazirliyə dəvət olunub. Lakin Şimali Koreya səfiri nazirliyin müraciətinə rədd cavabı verib. Nazir həm yayılan şayiələri, həm də səfirin hərəkətini Malayziya hökumətinə qarşı hörmətsizlik kimi dəyərləndirib. Bu səbəbdən də hökumət səfiri ölkədən qovmaq qərarına gəlib.
İnterpress.az