Xaçmazda kanala xeyli kəsilmiş at başı atılıbbackend

Xaçmazda kanala xeyli kəsilmiş at başı atılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az A24.Az-a istinadən xəbər verir ki, yerli sakinlər artıq neçənci dəfədir ki, belə bir vəziyyətin şahidi olurlar.

Bildirilir ki, naməlum şəxs və ya şəxslər tərəfindən mütəmadi olaraq kəsilmiş atların kəllə, daxili orqan və sümükləri doldurulmuş kisələr kanalın kənarına atılır ki, bu da kanalın suyundan istifadə edən əhalinin və heyvanların müxtəlif xəstəliklərə yoluxma ehtimalını artırır. Güman edilir ki, bu hissələr hansısa kolbasa məhsullarının hazırlanma sexində kəsilən heyvanlara aiddir.

Kənd sakinləri bu barədə Xaçmaz Rayon İcra Hakimiyyətinin Dədəli kənd İƏD üzrə nümayəndəliyinə məlumat veriblər. Dədəli kənd İƏD üzrə nümayəndə Abdulla Didarov bunun heç də yaxşı hal olmadığını qeyd edib:

“Bu barədə Xaçmaz rayon Polis şöbəsinə məlumat verilib. Ola bilsin ki, xəstə və şikəst atları kəsib, ətini Bakıya kolbasa sexlərinə təhvil verirlər”.

Faktla bağlı rayon baytarlıq idarəsi və polis şöbəsi araşdırma aparır.

İnterpress.az