İnterpress.az TASS-a istinadən xəbər verir ki, Elmar Məmmədyarov rusiyalı həmkarının dəvəti ilə Moskvada rəsmi səfərdədir.
Məlumata əsasən, Rusiya və Azərbaycan XİN rəhbərləri arasında martın 6-da danışıqlar aparılacaq.
“XİN rəhbərləri ikitərəfli əməkdaşlığın vəziyyətini və perspektivlərini, regional və beynəlxalq gündəmin əsas aspektlərini, həmçinin Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcəklər”, – deyə məlumatda bildirilib.
Xəbərdə, həmçinin 2016-cı ildə Rusiya-Azərbaycan arasında ticarət dövriyyəsinin 1954,3 milyon dollar olduğu bildirilir.
İnterpress.az