Trampın açıqlaması federal orqanları təəccübləndiribbackend

Trampın açıqlaması federal orqanları təəccübləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belə ki, Donald Tramp öz rəsmi \”Twitter\” səhifəsində Ağ Evin keçmiş başçısı Barak Obamanın onun zənglərini dinlədiyini qeyd edib. İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Trampın seçki kampaniyası zamanı onun telefon zənglərinə qulaq asmaq üçün keçmiş dövlət rəhbəri Barak Obamanın sifarişi olduğu sözləri Amerika Ştatlarının daxili işlər rəsmilərini təəccübləndirib. Trampın Amerika rəsmilərini çaşdıran bu açıqlaması barədə mənbələrə istinadən, televiziya kanalı \”Fox News\” da bu məlumatı yayınlayıb.

Qeyd olunur ki, departament rəsmiləri Trampın belə bir açıqlama verməsində nəyi nəzərdə tutduğunu heç kim başa düşməyib.

Bundan əlavə, mənbələrə görə, prezidentin \”Twitter\”də belə mesajlar dərc etməzdən əvvəl məsləhət ala biləcəyi insanlara müraciət etmədiyi bildirilir.

Donald Tramp \”Twitter\” səhifəsində yazıb ki, Ağ Evin sabiq başçısı Barak Obama göydələn binada onun telefon söhbətlərini dinlədib.

Daha sonra FBR əməkdaşları Trampın onun zənglərinin dinlənilməsi barədə yazdıqlarını rəsmi təzkib etməsini tələb ediblər.

İnterpress.az