Mehman Hüseynova anası ilə görüşməyə icazə verilməyibbackend

Mehman Hüseynova anası ilə görüşməyə icazə verilməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Musavat.com-un məlumatına görə, bu haqda M.Hüseynovun vəkili Elçin Sadıqov məlumat verib. Vəkil bildirib ki, bu, tamamı ilə qanunsuzdur:

\”Bu gün Mehman Hüseynovun anası onunla görüşmək üçün Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına (Şüvəlan Təcridxanası) getsə də, qanunsuz olaraq görüş verilməyib. Bildirilib ki, məhkəmədən məktub verilməlidir ki, məhkəmə Mehman Hüseynovun anası ilə görüşməsinə etiraz etmir.

Təcridxana əməkdaşlarının bu hərəkəti tamamilə qanunsuzdur. Belə ki, Həbsdə saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında qanuna görə, görüşə məhdudiyyət qoyulması barədə cinayət təqibini həyata keçirən orqanın qərarı yoxdursa bütün hallarda həbsdə saxlanılan şəxsə qohumları və mənafeyi kəsb edən şəxslərlə həftədə bir dəfə görüşməsinə şərait yaradılmalıdır\”.

İnterpress.az