“Biz xalq olaraq mahiyyətə yox, epizoda bağlı millətik”backend

“Biz xalq olaraq mahiyyətə yox, epizoda bağlı millətik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim, XX yüzilliyin birinci rübündə mürəkkəb və rəngarəng ictimai-siyasi həyat yaşamış Azərbaycan cəmiyyətinin görkəmli xadimi olan Məhəmməd Əmin Rəsulzadə çox gənc yaşında siyasi həyata qoşulmuş və ətrafında baş verənlərə, cəmiyyətin nöqsanlarına, Qafqaz müsəlmanlarının taleyinə biganə qalmamışdı. Bu gün Şərqdə ilk müstəqil respublikanın, Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından biri Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümü ilə bağlı Respublikanın bir çox yerlərində onun xatirəsinə həsr olunmuş tədbirlər keçirilib. Məmməd Əmin Rəsulzadə irsinə dərin hörmət bəsləyən ziyalılarımızdan biri də Millət vəkili Fazil Mustafadır.
İnterpress.az saytı Millət vəkilinin bu dahi şəxsiyyətin vəfatının ildönümündə onun barədə söylədiyi fikirləri diqqətinizə çatdırır.

“Biz xalq olaraq mahiyyətə yox, epizoda bağlı millətik”

-\”Məmməd Əmin Rəsulzadə Azərbaycan tarixinin ən böyük şəxsiyyətlərindən biridir. Azərbaycan dövlətinin qurulmasında onun ideyalarının kəşfində müstəsna rolu var. Rəsulzadənin xalqımız qarşısında o qədər böyük rolu var ki, onun uzun illər göstərdiyi xidmətlərin müəyyənləşdirib qiymətləndirmədə layiqincə dəyərləndirə bilməmişik. Ona görə də Azərbaycan xalqı bugünkü günü, Rəsulzadənin vəfatını hər zaman boyük acı kimi qeyd etməlidir.
Gəncədə İcra Başçısının tapşırığı ilə Məmməd Əmin Rəsulzadənin büstünün başına çuval keçirilməsi ilə bağlı həmin hadisələrdə bir çox ziyalılarımızın biganəliyini, onların susaraq heç bir etiraz etmədiklərinin səbəbini xəbər aldıqda cavab verdi ki: Bu bütovlükdə bir xalqın münasibətidir. Azərbaycan xalqı mahiyyət yox, epizod vurğunudur. Məmməd Əmin Rəsulzadə Azərbaycan xalqının mahiyyətidir. Məhiyyəti dərk etmək üçün isə üzun müddət vaxt tələb olunur. Biz xalq olaraq mahiyyətə yox, epizoda bağlı millətik. Epizodlara isə daha çox dəyər veririk. Dində də epizoda dəyər veririk, siyasətdə də hər bir şeydə rahatlıqla görə bildiyimizə dəyər veririk. Ümumiyyərtə gözümüz qarşısında olan hadisələri dəyərləndirmək bizim üçün çox asan olur. Lakin düşünərək dərk etdiklərimiz çox çətin olur. Məmməd Əmin Rəsulzadəni dərk etmək üçün isə düşünərək dəyər vermək lazımdır və bir şəxsiyyəti düşünmədən dəyərləndirəndə nəticələr heç də ürəkaçan olmur. Ona görə də Rəsulzadənin abidəsinə və həmin münasibətlərə ziyalıların və xalqın nümayəndələrinin reaksiya verilməməsini təbii qarşılamaq lazımdır. Çünki biz mahiyyəti dərk etmirik. Sanki biz böyük şairi öldürüb ortabab şairə dahi deyirik.
Məmməd Əmin Rəsulzadənin abidəsini ucaldılacağı barədə ziyalılarımız arasında təkliflər olubmu sualına cavab olaraq söylədi ki: Dəfələrlə belə bir təkliflər verilib amma bu diqqətə alınmayıb. Bu da təkrar onu bildirir ki, biz hələ də Məmməd Əmin Rəsulzadə mahiyyətini dərk edə bilmirik.\”

İnterpress.az
Aynur Arifqızı